Bölgələr,
Azərbaycan
05/12/2025
-
12/12/2025
İş haqqında məlumat
İş yeri: Regional bölmələr (Sumqayıt, Kürdəmir, Lənkəran)
- Ölçmələrin tələb olunan dəqiqliyinə əsasən, laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparır;
- Laboratoriyada qəbul edilmiş standartlara əsaslanaraq ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından alınmış nəticələrin müvafiq olaraq sertifikatlara, şəhadətnamələrə, bildirişlərə və protokollara daxil edir;
- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə daxil edir;
- Mövcud olan avadanlığın texniki xidməti qrafikini tərtib edir və onlara riayət edir;
- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edilən müəssisələrə gedir;
- Ölçmə vasitələrinin yoxlanılması prosesində cihaza xarici baxışın keçirilməsində iştirak edir.
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əmək haqqı: 650+bonus
Tələblər
- Müvafiq sahədə iş təcrübəsi arzu olunandır;
- Fizika ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqları (İngilis və rus dili bilikləri arzu olunandır);
- Microsoft Office proqramlarını bilmək;
- Müvafiq sahə ilə bağlı qanunlar, qaydalar və standartları bilmək;
- Analitik təhlil və problem həll etmə bacarığı;
- Komandada işləmə və əməkdaşlıq etmə bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Çeviklik.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Metroloq” qeyd etməklə "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.