

Metroloq (Quba, Qusar, Xaçmaz, Lənkəran, İmişli, Kürdəmir)
Azərbaycan Metrologiya İnstitutu
650 ₼
1372
Tam iş günü
Bölgələr,
Azərbaycan
11.08.2025 09:25
-
11.09.2025 12:00
İş haqqında məlumat
- Ölçmələrin tələb olunan dəqiqliyinə əsasən, laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparır;
- Laboratoriyada qəbul edilmiş standartlara əsaslanaraq ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından alınmış nəticələrin müvafiq olaraq sertifikatlara, şəhadətnamələrə, bildirişlərə və protokollara daxil edir;
- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə daxil edir;
- Mövcud olan avadanlığın texniki xidməti qrafikini tərtib edir və onlara riayət edir;
- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edilən müəssisələrə gedir;
- Ölçmə vasitələrinin yoxlanılması prosesində cihaza xarici baxışın keçirilməsində iştirak edir.
- İş yeri: Regional bölmələr (Quba, Qusar, Xaçmaz, Lənkəran, İmişli, Kürdəmir)
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- Nahar vaxtı: 13:00-14:00;
- İstirahət günü: şənbə, bazar;
- Əmək haqqı: 650 Azn + bonus.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Metroloq” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Müvafiq sahədə iş təcrübəsi arzu olunandır;
- Fizika və kimya ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqları (İngilis və rus dili bilikləri arzu olunandır);
- Microsoft Office proqramlarını bilmək;
- Müvafiq sahə ilə bağlı qanunlar, qaydalar və standartları bilmək;
- Analitik təhlil və problem həll etmə bacarığı;
- Komandada işləmə və əməkdaşlıq etmə bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Çeviklik.