Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
“Bakı Metropoliteni” QSC-nin nəzdində fəaliyyət göstərən Metropolitan Apartments komandamıza qoşulmaq üçün Xadimə axtarırıq!
Vəzifənin əsas məqsədi
- Qonaqlara yüksək xidmət keyfiyyətinin təqdim olunmasını təmin etmək məqsədilə mənzillərin və ümumi istifadə sahələrinin təmizliyinin, səliqəsinin və gigiyenik vəziyyətinin müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil edilməsi.
Əsas vəzifə öhdəlikləri
- Mənzil tipli otaqların təmizliyinin həyata keçirilməsi;
- Yataq dəstlərinin dəyişdirilməsi və otaqların qonaq qəbuluna hazırlanması;
- Hamam-sanitar qovşaqlarının gigiyenik qaydalara uyğun təmizlənməsi;
- Ümumi istifadə sahələrinin təmiz və səliqəli saxlanılması;
- Təmizlik vasitələri və inventarların düzgün istifadəsinin təmin edilməsi;
- Aşkar olunan texniki nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Müəssisədaxili sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına riayət olunması.
Metropolitan Apartments Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- “Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güzəştli xidmət imkanları;
- Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;
- Psixoloji dəstək xidməti.
- Qara Qarayev metro stansiyasından nəqliyyat servis xidməti.
İş yeri - Bilgəh - Metropolitan Apartments
Tələblər
- Otel, istirahət mərkəzi və ya oxşar sahədə iş təcrübəsi;
- Təmizlik və gigiyena qaydaları barədə bilik;
- Səliqəlilik və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı;
- Fiziki cəhətdən aktiv iş rejimində çalışmaq bacarığı;
- Nizam-intizamlı və diqqətli olmaq;
- Qonaqlarla etik davranış qaydalarına riayət etmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.