Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- Avadanlıqların, maşınların və qurğuların texniki vəziyyətinə, texniki xidmət qaydalarına uyğun təyin olunmuş vaxtlarda baxışlar keçirmək;
- Baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin keçirilməsi, planlı təmir işlərini vaxtında həyata keçirmək və sənədləşdirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- İstehsalat prosesində istifadə olunan texniki sənədləri və avadanlıq pasportlarını oxumaq və tətbiq etmək;
- Enerji daşıyıcılarının (hidravlik, pnevmatik, elektrik) normal fəaliyyətini nəzarətdə saxlamaq;
- İstehsalat zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- İstehsalat rəhbərinə görülən işlər barədə hesabat təqdim etmək.
- Quru qarışıqlar istehsalı texnologiyasını və avadanlığını bilməli;
- Təhkim olunmuş avadanlığa TX göstərilməsinin həyata keçirilməsi texnologiyasını bilməli;
- Avadanlıqların quraşdırılması və sökülməsi üzrə işlərin aparılması texnologiyasını bilməli;
- Detalların, mexanizmlərin köhnəlməsinin müəyyənləşdirilməsi və ona nəzarət üsullarını bilməli;
- Təzyiq altında işləyən qabların, tutumların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;
- Yükqaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;
- Təhlükə potensiallı istehsalat qurğularında və obyektlərində odla bağlı işlərin aparılması qaydalarını bilməli;
- Elektrik qurğularının texniki istismarı qaydalarını və elektrik qurğularının (III qrupdan az olmayan həcmdə) istismarı zamanı əməyin mühafizəsi üzrə sahələrarası qaydaları;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə aid normativ-hüquqi sənədləri, iş təlimatlarını və avadanlığın istismarına dair sənədləri bilməli;
- Sanitariya norma və qaydalarının onun öz vəzifə öhdəliklərinin icrasına aid hissəsini bilməli;
- Öz vəzifələrinin icrasına aid hissədə Şirkət üzrə verilən əmr və sərəncamları, yuxarı orqanların qərar və sərəncamlarını, metodiki, normativ və digər rəhbər tutulan sənədləri bilməli;
- Şirkətin daxili əmək intizamı qaydalarına riayət etməli;
- Ona təhkim olunmuş avadanlığa TX göstərilməsi üzrə istənilən işləri yerinə yetirməyi bacarmalıdır;
- Qənaət və itkilərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının, avadanlığın istismarına dair sənədlərin və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- Avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
- Sanitariya norma və qaydalarının yerinə yetirilməsi;
- Şirkətin avadanlığının, cihazlarının, alətlərinin, bina və tikililərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər
- Texniki peşə təhsili və ya müvafiq ixtisas (mexanika üzrə);
- Əlaqədar sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Gecə növbəsi üçün uyğunluq;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.