Bakı,
Azərbaycan
16.05.25
-
16.06.25
İş haqqında məlumat
- Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
- Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
- Yeni ehtiyat hissələrinin qəbulunda və eləcə də aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak etmək, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirmək;
- Nəqliyyat vasitələrinin dayanıqlı istismarı və vaxtında təmirini təşkil etmək, daim saz vəziyyətdə olmasını təmin etmək;
- Nəqliyyatın stabil fəaliyyətinin təmin edilməsində, habelə təmirinin aparılmasında iştirak edən podratçılarla işləri təşkil etmək;
- Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən, tibb çantası və. s) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasına nəzarət etmək;
- İllik büdcənin planlanması məqsədilə təklifləri və tələb olunan məlumatları vermək;
- Sürücülərin effektiv fəaliyyətini təmin və təşkil etmək;
- Sürücülərin maarifləndirilməsi üçün təlim və tədrislərin təşkilini tələb etmək;
- Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Mütəmadi olaraq tələb edilən hesabatları təmin edilmək;
- İşləri şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirmək;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- Rəhbərliyin təqdim etdiyi əlavə tapşırıqları icra etmək;
- İş yeri: Bakı şəh, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1.
Tələblər
- Mexanik kimi 3 ildən artıq iş təcrübəsi;
- Microsoft office üzrə biliklər;
- Mexaniki biliklər – Hidravlik, pnevmatik sistemlər, nasoslar, kompressorlar, konveyerlər və digər avadanlıqlar üzrə texniki biliklər;
- Avadanlıqlarda profilaktik və təcili texniki baxım və təmir işlərini həyata keçirmək bacarığı;
- Alət və cihazlarla işləmək bacarığı.