Bakı,
Azərbaycan
05/02/2026
-
19/02/2026
İş haqqında məlumat
- Gündəlik texniki yoxlamaları, texniki qulluq və təmir işlərində iştirak etmək;
- Bütün texniki ərazilər, kommunikasiya otaqları, mətbəxlər, camaşırxana, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə Mexanik qrup rəhbərinə və Baş Mühəndis müavininə köməklik göstərmək
- Profilaktik texniki qulluq proqramlarının icrasına kömək etmək
- Texniki maşın və avadanlıqların istismarına, kommunal xidmətlərdən istifadəyə nəzarət etmək, enerjiyə qənaət olunmasını təbliğ və təmin etmək, hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək
- Müvafiq hallarda kənar podratçılar ilə birgə avadanlıqlar və qurğularla bağlı xüsusi layihələrin yerinə yetirilməsinə kömək etmək
- Qeydiyyat jurnallarında qeyd edildiyi kimi və ya digər formada tələb olunduqda, bütün hava kondisionerləri və soyuducu avadanlıqların təzyiq, temperatur və digər tələb edilən göstəricilərini qeydə almaq
- Boru kəmərlərində qaz sızmaları, buxar sızmaları, su sızmaları, drenaj xətlərində tutulmalar kimi nöqsanların aradan qaldırılması ilə bağlı xidmətləri həyata keçirmək
- Çiller qurğuları, su yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri avadanlıqlarına texniki xidmət və təmir işlərini həyata keçirmək
İş barədə məlumat:
- Şöbə: Texniki
- Ünvan: Bakı şəhəri
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- Tabia Group tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Tələblər
- Müvafiq sahədə iş təcrübəsi;
- Səmimi davranış və peşəkar münasibət;
- Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.