Bakı,
Azərbaycan
16/06/2026
-
30/06/2026
İş haqqında məlumat
- Səhər çıxışı zamanı avtobusların xəttə texniki cəhətdən saz, təmiz və yanacaqla təmin olunmuş vəziyyətdə sürücüyə təhvil verilməsinə nəzarət etmək;
- Xəttdən qayıdan avtobusları sürücülərdən qəbul edərkən ilkin texniki baxış keçirmək, gündəlik yürüş məsafəsini və aşkar edilmiş nasazlıqları qeydiyyata almaq;
- Avtobuslarda aşkar olunan texniki nasazlıqların səbəblərini təhlil etmək və zəruri hallarda nəqliyyat vasitələrini aidiyyəti təmir mərkəzinə yönləndirmək;
- Avtobusların istismara yararlılığını, texniki təhlükəsizlik tələblərinə uyğunluğunu və gündəlik hazırlıq vəziyyətini qiymətləndirmək;
- Görülən işlər, aşkarlanan uyğunsuzluqlar və görülmüş tədbirlər barədə gündəlik hesabat hazırlayaraq birbaşa rəhbərə təqdim etmək;
- Texniki sənədləşmənin düzgün və vaxtında aparılmasını təmin etmək;
- Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
İş şəraiti və üstünlüklər
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: növbəli iş qrafiki;
- Peşəkar və dəstəkverici komanda mühitində çalışma imkanı;
- Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə;
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.
Tələblər
- Mexanika, avtomobil nəqliyyatı və ya müvafiq texniki istiqamət üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Avtobusların texniki quruluşu, istismar qaydaları və texniki baxış prosedurları üzrə biliklər;
- Növbəli iş qrafikində, o cümlədən gecə növbəsində işləməyə hazır olmaq;
- Gərgin iş rejimində operativ və məsuliyyətli qərarvermə bacarığı;
- Dəqiqlik, dürüstlük, məsuliyyətlilik və intizamlı iş yanaşması;
- Əməkdaşlarla nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Daxili qayda, prosedur və təlimatlara riayət etmək;
- Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun