Puva Construction

Mexanik mühəndisi

Puva Construction
Ə/h razılaşma ilə
528
Tam iş günü
Bakı, Azərbaycan
13.06.2025 17:45 - 13.07.2025 12:00

İş haqqında məlumat

  • Tikinti və quraşdırma layihələrində istifadə olunan mexaniki avadanlıqların (generator, nasos, kompressor, qaynaq aparatları və s.) texniki baxışını və sazlanmasını həyata keçirmək;
  • Quraşdırma proseslərində iştirak edən texniki mexanizmlərin və alətlərin düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək;
  • Avadanlıqların nasazlığını diaqnoz etmək, təmir və ya ehtiyat hissələrinin dəyişdirilməsini təmin etmək;
  • Tikinti sahəsində gündəlik texniki baxışları aparmaq və nasazlıqlar barədə vaxtında məlumat vermək;
  • Quraşdırılmış sistemlərin ilkin sınaqlarında iştirak etmək və texniki uyğunluqları yoxlamaq;
  • Tender layihələrinə əsasən təqdim olunan texniki şərtlərə uyğun olaraq mexaniki həllərin verilməsi və tətbiqi;
  • Texniki sənədlərin (texniki baxış formaları, təmir jurnalları, aktlar və s.) düzgün və dəqiq aparılması;
  • Əmək təhlükəsizliyi və texniki normalara tam uyğunluqla işlərin icrasını təmin etmək;
  • Sahə mühəndisləri və digər texniki heyətlə əməkdaşlıq edərək mexaniki işlərin koordinasiyasını təmin etmək;
  • İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138;
  • İş qrafiki: I -V günlər;
  • İş saatı: 09:00-dan 18:00-a ;
  • Koorporativ nömrə ilə təmin olunur.

Tələblər

  • Mexanika və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (xüsusilə su, neft və qaz layihələrində üstünlükdür);
  • Texniki çertyoj və sxemlərlə işləmə bacarığı;
  • Avadanlıqların iş prinsipi və texniki göstəriciləri haqqında bilik;
  • AutoCAD, SolidWorks MS office və digər layihələndirmə proqramlarında işləmə bacarığı;
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə təcrübə;
  •  SNİP, GOST və digər beynəlxalq standartlara uyğun texniki normativ sənədlərlə işləmə bacarığı;
  • Komandada işləmə, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.


Oxşar vakansiyalar