Wellmechs

Mexanik Sahə mühəndisi

1000 - 1500 ₼
2165
Tam iş günü
Bakı, Azərbaycan
29.04.25 - 29.05.25

İş haqqında məlumat

  • Layihənin mexanika bölümünün dərindən araşdırılması və düzgünlüyünü yoxlamaq;
  • Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək;
  • Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
  • Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
  • Texanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • AutoCAD və ya Revit proqramından istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək;
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
  • Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
  • Tabeçiliyində olan işçilərə rəhbərlik etmək;
  • Həftədə 6 iş günü ;
  • Nahar şirkət tərəfindən qarşılanır.

Tələblər

  • Yaş: 25 – 45;
  • Cins: (Bəy namizəd);
  • Ali təhsil;
  • İş təcrübəsi.


Oxşar vakansiyalar