SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Mexanika işləri üzrə baş mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
8360
Tam iş günü
Bakı, Azərbaycan
01.08.2025 05:30 - 01.09.2025 12:00

İş haqqında məlumat

1. Layihələrə təhkim olunduqda:

  • Podratçı təşkilatlatın hazırladığı layihələrə, nasosların, kompressorların, turbinlərin texniki sənədlərinə (spesifikasiyalar, texniki çizgilər, satınalma tələbnaməsi, təkliflərin texniki qiymətləndirilməsi, hesabatlar və s.) Mexaniki Spesifikasiyalara/ən yaxşı partikalara/norma və standartlara uyğuluğu üzrə rəylərin verilməsi və Podratçıların sorğularının cavablandırılması;
  • Kontraktorlar, İstehsalçılar və digər tərəflərlə Texniki İclaslarda Sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək;
  • Kontraktorlar, İstehsalçılar və digər tərəflərlə, departamentlərlə işin başlanma, ilkin razılaşma iclaslarında iştirak etmək və mexanika sahəsi üzrə tələbləri aydınlatmaqla texniki suallara cavab vermək;
  • İşlər həcmində müəyyən edilmiş norma və qaydalardan kənaraçıxmalar (Deviation) üzrə sorğular olduqda Layihə menecerlərinə qərarın verilməsində texniki dəstək;
  • Elektron və rəsmi məktubalara cavabların hazırlanması üzrə Texniki tərəfdən dəstək;
  • Sahə komandası tərəfindən təklif edilən modifikasiyaların, mühəndislik təkliflərinin texniki dəyərləndirilməsi, uyğunluğunun yoxlanılması;

2.Daxili layihələrdə Mexnaika mühəndisi kimi təhkim edildikdə:

  • Layihə Spesifikasiyalarının, texniki məlumat cədvəlinin, işlər həcminin, Satınalma tələbnamələrinin hazırlanması;
  • Təkliflərin texniki qiymətləndirilməsi hesabatının hazırlanması, istehsalçılarla texniki iclaslarda sifarişçi nümayəndəsi kimi iştirak etmək və müvafiq qərar vermədə iştirak etmək;
  • İstehsalçılarla işin başlanma, ilkin razılaşma iclaslarında iştirak etmək və mexanika sahəsi üzrə tələbləri aydınlatmaqla texniki suallara cavab vermək;
  • Sifariş sonrası istehsalçı sənədlərinin yoxlanılması, dəyərlənidirilməsi;
  • Təhlükə və işləmə qabiliyyətinin yoxlanılması iclaslarında, texniki cizimlərin yoxlanılması iclaslarında iştirak etmək;
  • İşlər həcmində müəyyən edilmiş norma və qaydalardan kənaraçıxmalar (Deviation) üzrə sorğuların dəyərləndirilməsi;
  • İşlər həcminin tamamlanması üçün lazımi əlavə işlərin və ya modifikasiyaların dəyərləndirilməsi, təstiqlənməsi;
  • Mühəndislik sahəsinin digər depatamentlərinə qurğuların düzgün seçilməsi, ölçüləri və digər Mexanika sahəsi üzrə tələb olunan texniki dəstəyin verilməsi;
  • Elektron və rəsmi məktubalara cavabların hazırlanması üzrə Texniki tərəfdən dəstək;
  • Sahə işləri zamanı təmir, tikinti, keyfiyyətə nəzarət departamnetlərinə dəstək;
  • Layihə üzrə sərf edilən iş saatına və proqresə nəzarət.

Tələblər

  • Mexanika mühəndisliyi sahəsində Ali təhsil (bakalvr və magistratura);
  • Nəzarət altında, həmçinin müstəqil olaraq mühəndsilik prinsiplərinə, prosedurlara və standartların tələblərinə uyğun şəkildə işin icrası;
  • İşin icrasının son tarixinə qədər uğurlu şəkildə tamamlanması;
  • Dəyişikliklərə adaptasiya;
  • Departamentlər arası komanda üzvləri və müştərilərlə yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Təklifin dəyərləndirilməsinən, dizayn və layihələndirmədən, mühəndis hesablamalarından, xərclərin qiymətlənidirlməsindən sifarişçi rəylərinə qədər bütün layihə ilə əlaqəli mexanika mühəndisliyi işlərində işləməyi bacarmalıdır;
  • Dizayn mərhələsinin mexanika mühəndisliyinə dair bütün məsələlərdə digərlərini SƏTƏM qaydalarına riayət etmək üçün yönləndirməlidir;
  • Layihə və mühəndislik komandasındakı kiçik və aparıcı mühəndislərə mentorluq;
  • Nasoslar, Kompressorlar və Turbinlər kimi fırlanan avadanlıqların prinsipləri və API, ISO və s. kimi müvafiq Beynəlxalq Standartları üzrə dərin biliklər;

Təcrübə tələbləri 

  • Experience requirements;
  • Neft-Qaz sektorundakı əsas kontraktorlarla iş təcrübəsi və fırlanan; avadanlıqların dizayı üzrə minimum 8 illik təcrübə.