Zəngilan,
Azərbaycan
25.08.2025 03:44
-
25.09.2025 12:00
İş haqqında məlumat
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- Avadanlıq və materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması;
- Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Əmək haqqı (razılaşma yolu ilə)
İş yeri – Zəngilan rayonu
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Tələblər
- Ali təhsil: Mexanika sahəsi üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 7-8 il iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.