Bakı,
Azərbaycan
23/06/2026
-
07/07/2026
İş haqqında məlumat
Wellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir.
İş öhdəlikləri
- Layihənin mexanika bölümünün dərindən araşdırılması və düzgünlüyünü yoxlamaq.
- Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək.
- Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək.
- Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək.
- Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək.
- Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq.
- Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək.
- Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək.
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək.
- Texanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək.
- AutoCAD proqramından istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək.
- Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq.
- Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək.
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək.
- Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək.
- Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.
İş şəraiti:
- Əmək haqqı 1500-2000 AZN aralığında razılaşma yolu ilə təyin olunur.
- Nahar şirkət tərəfindən qarşılanır.
Tələblər
- Yaş: 25 – 45 (Bəy namizəd)
- Ali təhsil: Mexanika mühəndisliyi
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Dil bilikləri: ingilis dili (orta)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun