Fortis Construction

Mexanika və Elektrika mühəndisi

Fortis Construction
Ə/h razılaşma ilə
799
Tam iş günü
Bakı, Azərbaycan
09/02/2026 - 23/02/2026

İş haqqında məlumat

  • MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə uzlaşmasını nəzarətdə saxlamaq
  • Qazanxana sistemlərinin (kotel, nasoslar, kollektorlar, avtomatika və s.) yığılma ardıcıllığını bilmək və prosesə nəzarət etmək
  • Tikinti sahəsində mexanika və elektrik işlərinin düzgün və layihəyə uyğun aparılmasına ümumi nəzarət
  • Podratçı və ustaların işinin təşkili və koordinasiyası
  • Görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizlik qaydalarına nəzarət
  • Texniki problemlərin operativ həlli və rəhbərliyə hesabat verilməsi
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq
  • Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.

İş şəraiti

  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

  • Ali təhsil (Mexanika, Elektrika, İstilik-energetika, Elektromexanika və ya oxşar)
  • Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
  • Mexaniki və elektrik layihələrini sərbəst oxuma bacarığı
  • Qazanxana sistemləri üzrə praktik bilik və təcrübə
  • Ümumi tikinti proseslərini anlama və sahədə işə nəzarət bacarığı
  • Məsuliyyətli, tələbkar və təşkilatçılıq qabiliyyəti olan şəxs

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar