Azroksan LLC

Mexaniki İstehsal Texniki

Azroksan LLC
Ə/h razılaşma ilə
906
Tam iş günü
Bakı, Azərbaycan
12/03/2026 - 26/03/2026

İş haqqında məlumat

Azroksan şirkəti istehsal proseslərində CNC və universal dəzgahlarda mexaniki emal əməliyyatlarının həyata keçirilməsinə, istehsal sənədlərinə uyğun keyfiyyətli və təhlükəsiz istehsalın təmin edilməsinə cavabdeh olacaq Mexaniki İstehsal Texniki axtarır.

Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.

  • CNC torna, CNC frezer və universal dəzgahlarda mexaniki emal əməliyyatlarını (deşik açma, daşlama, kəsim, yığma və s.) müvafiq texniki sənədlərə uyğun yerinə yetirmək.
  • Təlim və proses sənədlərində müəyyən edilmiş keyfiyyət və vaxt tələblərinə uyğun olaraq emal işlərini icra etmək.
  • Proseslərdə istifadə olunan alət, avadanlıq, ölçü cihazları və qəliblərdən düzgün istifadə etmək və onların texniki vəziyyətini nəzarətdə saxlamaq.
  • İstehsal sənədlərini və gündəlik texniki xidmət kartlarını düzgün və vaxtında doldurmaq.
  • İstehsal prosesində material itkilərinin minimuma endirilməsinə və müəyyən edilmiş keyfiyyət standartlarının qorunmasına nəzarət etmək.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək, təmiz və nizamlı iş mühitini təmin etmək.

Tələblər

  • Ali təhsil (Mexanika ilə əlaqəli ixtisaslar)
  • CNC və universal dəzgahlarla (tornalama, frezləmə, qazma və s.) işləmək üzrə minimum 1-3 il iş təcrübəsi.
  • Texniki çertyojları və istehsalat sənədlərini oxumaq bacarığı.
  • Ölçmə alətləri (sirkul, mikrometr və s.) ilə işləmək bacarığı və dəqiqlik. 
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı. 
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.