Bakı,
Azərbaycan
20/05/2026
-
03/06/2026
İş haqqında məlumat
Siz də yanğın söndürmə və havalandırma sistemlərini yaxşı tanıyırsınızsa, texniki sənədlər ilə işləməyi sevirsinizsə və şirkətimizdə inkişaf edərək real layihələrdə iştirak etmək istəyirsinizsə bu vakansiya məhz sizin üçündür.
- Avtomatik yanğınsöndürmə və siqnalizasiya, havalandırma və tüstü sovurma sistemlərinin layihələndirilməsi prosesinin təşkil edilməsi
- Layihələrin yerli qanunvericilik, beynəlxalq standartlar (NFPA, EN və s.) və yanğın təhlükəsizliyi qaydalarına uyğun hazırlanmasının təmin edilməsi
- Avtomatik yanğınsöndürmə və siqnalizasiya sistemlərinin quraşdırılması, test edilməsi və texniki baxış işlərinə nəzarət edilməsi
- Yanğınsöndürmə nasosları, su təchizat sistemləri və digər avadanlıqların seçilməsi və keyfiyyətinə nəzarət edilməsi
- Tüstü sovurma və havalandırma sistemlərində yaranan mexaniki nasazlıqların təhlili və operativ həll edilməsi
- Havalandırma sistemlərinin yanğın siqnalizasiya sistemləri ilə inteqrasiyasının təmin edilməsi
- Bütün sistemlərin düzgün işləməsi üçün dövri texniki müayinələrin aparılmasının təmin edilməsi
- Quraşdırılmış sistemlərin beynəlxalq və yerli standartlara uyğun sertifikatlaşdırılması prosesinin təşkil edilməsi
- Keyfiyyətli materialların seçilməsi, alınan avadanlıq və materialların texniki tələblərə uyğunluğunun yoxlanılması
- Görülən işlər, testlər və sistemlərin vəziyyəti ilə bağlı mütəmadi texniki hesabatların hazırlanması
- Daxili və xarici yoxlamalarda iştirak edilməsi; aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
- Mövcud sistemlərin təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiqi üçün təkliflərin hazırlanması
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük iş rejimi (həftəiçi 09:00–18:00)
Biz nə təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı sistemi
- Korporativ mədəniyyətə sahib iş mühiti
- Push30 proqramından yararlanmaq imkanı
- Peşəkar inkişaf üçün imkan
Tələblər
- Ali təhsil (Mexanika mühəndisliyi və ya analoji ixtisas)
- Minimum 3 il aidiyyəti vəzifələrdə iş stajı
- "Yanğın təhlükəsizliyi haqqında" AR Qanunu və beynəlxalq yanğın təhlükəsizliyi normativləri (NFPA, EN və s.) üzrə bilik
- Avtomatik yanğınsöndürmə sistemləri (sprinkler, təzyiqli su) və yanğın siqnalizasiya sistemlərinin işləmə prinsiplərini bilmək
- Havalandırma və tüstü sovurma sistemlərinin quraşdırılması və iş prinsiplərini bilmək
- Yüksək təşkilatçılıq, problemhəlletmə, qərvermə və ünsiyyət qabiliyyəti
Üstünlük olan texniki biliklər:
- FM200 / NOVEC1230
- Fire Sprinkler Systems
- HVAC Sistemləri
- AHU / Chiller / Boiler
- AutoCAD
- FIDIC Müqavilələri
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.