Middle Biznes Analtik

Do İT MMC
Ə/h razılaşma ilə
474
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 12:04 - 03.11.2025 12:00

İş haqqında məlumat

  • Müştərinin tələblərinin toplanması və formallaşdırılması
  • Biznes proseslərinin təhlili və modelləşdirilməsi, optimallaşdırma üzrə təkliflərin hazırlanması
  • İlkin tədqiqatlarda və həllərin layihələndirilməsində iştirak
  • Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması
  • Texniki tapşırığın hazırlanması eləcə də onun icrası
  • Test prosesində iştirak (test-keslərin hazırlanması, tələblərə uyğunluğun yoxlanılması)
  • Müştəri və maraqlı tərəflər üçün təqdimatların və həllərin nümayişlərinin keçirilməsi.
  • Proqramist, test və müştərinin texniki mütəxəssisləri komandası ilə qarşılıqlı əlaqə
  • Texniki heyət və sistemin son istifadəçiləri üçün təlimlərin təşkili
  • Layihə və texniki sənədlərin hazırlanması
  • Tətbiq olunan sistemlər üçün konsultasiya və texniki dəstəyin təmin edilməsi.
  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
  • Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar təlimlərdə iştirak.

Tələblər

  • Ali texniki təhsil;
  • Biznes proseslərinin modelləşdirilməsi notasiya bilikləri (seçim üzrə): Workflow, UML, BPMN, EPC, IDEF0;
  • Korporativ sistemlərin tətbiqi və ya hazırlanması layihələrində (analitik/mühəndis rolunda) ən azı 1 illik iş təcrübəsi;
  • Məntiqi, anlaşıqlı və strukturlaşdırılmış sənədlər hazırlama bacarığı;
  • Modelləşdirmə alətləri ilə iş təcrübəsi: Visio, ARIS;
  • Layihə və tapşırıq idarəetmə sistemlərində icraçı kimi iş bacarıqları (Bitrix24, Jira, Trello və s.);
  • Agile/Scrum və/və ya Waterfall prinsipləri üzrə baza bilikləri;
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək; ingilis dili biliyi üstünlük hesab olunur;
  • Ünsiyyətcilik, punktuallıq, stresədavamlılıq, məsuliyyətlilik;
  • Tapşırıqları müstəqil həll etmə və komandada işləmə bacarığı;
  • Təlimə və peşəkar inkişafına hazırlıq.

Arzuolunan tələblər:

  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə;
  • Korporativ informasiya sistemləri, xüsusilə sənəd dövriyyəsi və kadr idarəetmə sistemləri ilə iş bacarıqları arzuolunandır;
  • Linux, Docker, Microsoft ƏS haqqında biliklər;
  • Yüksək texniki biliklər: SQL, XML, SOAP, REST API; veb-servislərlə iş təcrübəsi.


Oxşar vakansiyalar