İş haqqında məlumat
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarının iştirakçısı olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- C# və ASP.NET Core Web API texnologiyaları ilə backend hissənin hazırlanması;
- Entity Framework Core ilə verilənlər bazası əməliyyatlarının həyata keçirilməsi;
- PostgreSQL verilənlər bazasının qurulması, idarə edilməsi və performansının optimallaşdırılması;
- API inteqrasiyalarının hazırlanması və dəstəklənməsi;
- REST API-lərin hazırlanması və inteqrasiyası;
- Mövcud sistemlərin təkmilləşdirilməsi və problemlərin aradan qaldırılması;
- Angular platformasında istifadəçi interfeyslərinin hazırlanması və təkmilləşdirilməsi;
- Docker / Docker Compose vasitəsilə tətbiqlərin konteynerləşdirilməsi və idarə edilməsi;
- Linux server mühitində tətbiqlərin işləməsinə dəstək göstərilməsi.
Tələblər
- Müvafiq sahədə ali təhsil;
- Full Stack Development sahəsində minimum 3 il iş təcrübəsi;
- C#, ASP.NET Core, Entity Framework, Web API texnologiyalarında bilik və təcrübə;
- PostgreSQL verilənlər bazası ilə işləmə təcrübəsi;
- REST API-lərin hazırlanması və inteqrasiyası üzrə təcrübə;
- TypeScript dili və Angular framework-u ilə iş təcrübəsi;
- Docker və Docker Compose üzrə orta səviyyədə biliklər;
- Linux və Nginx üzrə baza biliklər üstünlükdür.
Peşəkar tələblər:
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Proses idarəçiliyi bacarığı;
- Yaradıcılıq, kreativlik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.