Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Ə/h razılaşma ilə
1105
Tam iş günü
Bakı, Azərbaycan
31.10.2025 01:00 - 30.11.2025 12:00

İş haqqında məlumat

Texnologiya və innovasiya yönümlü layihələrimizə mobil tətbiqlərin hazırlanmasında təcrübəsi olan Flutter developer tələb olunur. Namizəd mövcud mobil tətbiqlərin təkmilləşdirilməsi, yeni funksionallıqların hazırlanması və backend ilə inteqrasiyada iştirak edəcək.

Vakansiyaya aid icra olunacaq əmək funksiyaları:

  • Mobil tətbiqlərin funksionallığını artırmaq və yeni modulların hazırlanması;
  • Flutter ilə mobil tətbiqin hazırlanması və UI/UX standartlarına uyğunlaşdırılması;
  • REST API-lərlə inteqrasiya və məlumat mübadiləsinin təmin edilməsi;
  • Texniki tapşırıqların analiz edilməsi və vaxt qiymətləndirilməsi;
  • Git vasitəsilə komanda ilə effektiv əməkdaşlıq.

Əlavə məlumat:

  • CI/CD inteqrasiyası və testləşdirmə bacarığı;
  • Google Maps, Push Notification, Camera, File Upload kimi modullarla işləmə təcrübəsi;
  • Komanda ilə işləmək və başqasının yazdığı kodu oxuyub-anlama bacarığı;
  • Komandamızla birgə çalışmaq və yenilikçi texnologiyalarla işləmək imkanı əldə edəcəksiniz;
  • Sizi həmçinin inkişaf edən mühitdə şəxsi və peşəkar bacarıqlarınızı artırmağa dəvət edirik.
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir. 
  • Güclü komanda, maraqlı layihələr və daim öyrənmək fürsəti – bu fürsəti qaçırma!

Müraciət üçün:
Vakansiyaya müraciət etmək üçün məlumatlarınızı (CV) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. 

Müvəffəqiyyətlər arzu edirik!

Tələblər

  • Səlis Azərbaycan dili biliyi (rus və ya ingilis dili üstünlükdür);
  • Ali və ya orta texniki təhsil;
  • Flutter və Dart proqramlaşdırma dili üzrə real layihə təcrübəsi;
  • Mobil tətbiqlərdə REST API ilə işləmə bacarığı;
  • Git, Postman, Firebase ilə işləmə bacarığı;
  • UI komponentlərinin adaptiv hazırlanması;
  • Texniki sənədlərlə işləmək və texniki tapşırıqları oxuyub tətbiq etmək bacarığı;
  • App Store və Play Market yerləşdirmə təcrübəsi (mütləqdir).