Azercell

Mobil proqram təminatının yaradılması üzrə Mühəndis (Ştatdankənar)

Azercell
Ə/h razılaşma ilə
901
Tam iş günü
Bakı, Azərbaycan
19.08.2025 04:12 - 19.09.2025 12:00

İş haqqında məlumat

  • Verilmiş dizayna uyğun istifadəçi interfeyslərin yığılması və lazımi hallarda dizaynerlərə geribildirim və təklif vermək bacarığı;
  • Kodun ən son kodlaşdırma təcrübələrinə uyğun olduğunu təmin etmək;
  • API-lərdən düzgün istifadə məqsədi ilə backend proqramçıları ilə sıx əməkdaşlıq etmək;
  • Mobil platforma dizaynı və məhsul vizyonunu işləyən funksionala çevirmək ilə birbaşa istifadəçi və sistem arasında qarşılıqlı əlaqəyə təsir etməsi;
  • Mobil proqramçı sürətlə dəyişən texnologiyalardan xəbərdar olmalı və yeniliklərə açıq olmalıdır.

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00;
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza;
  • Tbilisi prospekti, 149;
  • Bakı, Azərbaycan.

Tələblər

Təhsil

  • Kompüter Elmləri və ya müvafiq texniki sahə (Tətbiqi Riyaziyyat və s.) üzrə Bakalavr (və ya yuxarı) dərəcəsi və ya buna bərabər texniki təcrübə.

Dil bilikləri:

  • Azərbaycan dili - əla;
  • İngilis dili - orta.

İş Təcrübəsi: 

  • 2+ il Android proqram təminatının yaradılması mühəndisi vəzifəsində iş təcrübəsi.

Yetkinliklər:

  • Qərar vermək və problemləri həll etmək;
  • Alternativ düşüncə tərzi;
  • Pozitiv işgüzar münasibətlərin qurulması;
  • Çeviklik.

 Arzu olunan Bacarıqlar:

  • Alqoritmlər və Verilənlərin strukturları;
  • Obyekt yönümlü proqramlaşdırma bilikləri;
  • Jetpack Compose  ilə işləmə bacarığı;
  • SqlLite,Room,SharedPreferences ilə işləmə bacarığı;
  • RESTful API-lar ilə iş təcrübəsi;
  • Firebase ilə işləmə bacarığı;
  • Kotlin proqramlaşdırma dili ilə işləmə bacarığı.