Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
4272
Tam iş günü
Bakı, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Yeni tətbiqlərin hazırlanması və mövcud mobil tətbiqlərin dəstəklənməsi.
  • Backend sistemlərlə API inteqrasiyasının təmin edilməsi.
  • Tətbiqlərin performansının optimallaşdırılması və təhlükəsizliyinin artırılması.
  • Tətbiqlərin ilkin testlərinin edilməsi və problemlərin aradan qaldırılması.
  • App Store və Google Play-də tətbiqlərin yerləşdirilməsi və yenilənməsi.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
 

Tələblər

  • Minimum 2+ illik mobil proqramlaşdırma təcrübəsi. 
  • Flutter vasitəsilə cross-platform tətbiqetmələr hazırlama bacarığı.
  • React Native ilə mobil tətbiqlərin yaradılması təcrübəsi.
  • Dart, JavaScript/TypeScript bilikləri.
  • RESTful API-lər və ya GraphQL ilə inteqrasiya bacarığı.
  • Versiya nəzarəti üçün Git təcrübəsi. 
  • Android və iOS platformaları üçün tətbiqlərin yerləşdirilməsi və dəstəklənməsi.
  • Problemlərin araşdırılması və həll yollarının tapılmas.
  • UI/UX prinsiplərinə uyğun dizaynlarla işləmək təcrübəsi.
  • CI/CD alətləri ilə təcrübəsi üstünlükdür
  • Native mobil tətbiq inkişafı üzrə (Java, Swift) bilikləri üstünlükdür.
  • Mobil tətbiqlərdə push bildirişlər, in-app purchase və analitika alətləri ilə təcrübə üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.