Baku Design Academy

Mobiloqraf / Content Creator

Baku Design Academy
1500 ₼
8135
Tam iş günü
Bakı, Azərbaycan
21/11/2025 - 21/12/2025

İş haqqında məlumat

Telefonla çəkilişi, kadr quruluşunu, dinamik montajı və estetikanı sevən biri üçün. Çəkilişdən montaja qədər “öz ayağı üstündə duran” biri olmalıdır — BDA-da sürət yüksəkdir və bu rol çox aktivdir.

Sənin əsas işlərin:

  • Aylıq tədbirlərdə və çəkiliş günlərində foto/video çəkiliş aparmaq;
  • Trend formatlarda Reels, TikTok, short video content-lər hazırlamaq;
  • Çəkiliş + montaj prosesini tam şəkildə özü idarə etmək;
  • Daxili və xarici layihələr üçün kreativ vizual ideyalar gətirmək;
  • Komanda ilə birlikdə çəkiliş planlaması aparmaq və kontentin vaxtında çıxmasına nəzarət etmək.

Biz nə təklif edirik?

  • Dinamik, kreativ komanda;
  • Real inkişaf və portfel qurma imkanı;
  • Aylıq yüksək aktivlik + motivasiyaedici mühit;
  • Şəhərin ən maraqlı tədbirlərində çəkiliş imkanı;
  • Rəqabətli əməkhaqqı.

Əmək haqqı: 1500 azn

2026-cı ildə özü ilə bağlı inkişaf-hədəflər planlayan, uğurlar planı listi uzun olan, maraqlı və dinamik və güclü komanda dəstəyi ilə yerli və xarici mühitdə işlərdə adını hallandırmaq istəyən, vizyonu-strategiyası olan şirkətlə bunları etmək istəyən hərkəs bizim drive’a qoşulmağa tələssin!

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına mövzu hissəsinə “Mobiloqraf / Content Creator” qeyd edərək göndərə bilərlər.

Tələblər

  • Telefonla çəkiliş və mobil montajda real təcrübə;
  • Estetik baxış, kadr qurma bacarığı;
  • Sürətli işləmə, deadline mədəniyyəti;
  • Reels/TikTok trend bilikləri;
  • Aktivlik, məsuliyyət, çəkiliş günlərində yerində olmaq.

Oxşar vakansiyalar