Bakı,
Azərbaycan
10.06.2025 23:58
-
10.07.2025 12:00
İş haqqında məlumat
- Çəkilişin planlaşdırılması: Foto çəkilişlər və video çəkilişlər üçün ideyaların və skriptlərin hazırlanması, o cümlədən məkanların, modellərin və rekvizitlərin seçilməsi;
- Fotoqrafiya: Kompozisiya, işıqlandırma və texniki parametrləri nəzərə alaraq mobil cihazdan yüksək keyfiyyətli şəkillərin yaradılması;
- Video çəkiliş: Yüksək keyfiyyətə nail olmaq üçün mobil cihazdan video materialların yazılması, ekspozisiya, fokus və digər parametrlərin tənzimlənməsi;
- Məzmun emalı: Rəng korreksiyası, redaktə və xüsusi effektlərin əlavə edilməsi daxil olmaqla mobil proqramlardan istifadə edərək foto və videoların redaktə edilməsi;
- Platformalara uyğunlaşma: Müxtəlif sosial şəbəkələrin və platformaların tələblərinə uyğun format, müddət və auditoriyanın xüsusiyyətlərini nəzərə alaraq məzmunun hazırlanması;
- Təhlil və hesabat: Yaradılan məzmunun effektivliyinin qiymətləndirilməsi, auditoriya cəlb edilməsinin təhlili və görülən işlərə dair hesabatların təqdim edilməsi;
- İş rejimi: 6 iş günü ;
- İş qrafiki: saat 10 00-18 00.
Tələblər
- Azərbaycan və rus dillərinin qrammatikasını yaxşı bilmək;
- Mobil operator kimi iş təcrübəsi (analoji sahədə) 1 ildən və iş nümunələri ilə portfel;
- Redaktə və emal üçün mobil proqramlar üzrə biliklər.