Sumqayıt,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
- Müəssisənin istehsal strategiyasına uyğun olaraq geyim modellərinin dizaynını hazırlamaq;
- Mövsümi kolleksiyalar üzrə konsept, stil və dizayn xəttini formalaşdırmaq;
- Məhsul çeşidləri üzrə (forma, uniforma, işçi geyimləri) dizayn konseptlərini hazırlamaq;
- Rəsmləri işləmək, naxışlar və dizaynları qurmaq ,lekal ölçüləri dəqiq hesablamaq
- Tender və sifarişlər üçün məhsul vizuallarını hazırlamaq
- Texniki rəsmləri, ölçü cədvəllərini və model spesifikasiyalarını hazırlamaq
- Parça, aksesuar, rəng və furnitura seçimlərini etmək və onların uyğunluğunu qiymətləndirmək;
- İstehsal üçün model nümunələrinin hazırlanmasına dair konstruktor-texnoloji sənədlərini (ölçü cədvəli, spesifikasiya, texniki təsvir) tərtib etmək
- Qəlibçilər, texnoloqlar və istehsalat bölməsi ilə sıx əməkdaşlıq edərək dizaynların texniki icrasını koordinasiya etmək;
- Nümunə məhsulların hazırlanması prosesində iştirak etmək, uyğunluq və estetik keyfiyyət baxımından yoxlama aparmaq, nümunə üzərində zəruri düzəlişlərin verilməsini təmin etmək və yekun təsdiqi həyata keçirmək;
- Model və dizayn üzrə texniki sənədlərin düzgün və vaxtında təqdim olunmasını təmin etmək
- İstehsalat zamanı dizaynla bağlı yaranan problemlərin operativ həllində iştirak etmək;
- Yeni materiallar, texnologiyalar və istehsal üsulları üzrə yenilikləri izləmək və tətbiqini təklif etmək;
- Aylıq,rüblük hesabatlar hazırlamaq və rəhbərə təqdim etmək.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.
Tələblər
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi (Uniforma və iş geyimləri sahəsində kolleksiya hazırlanması və istehsalata ötürülməsi prosesində praktiki təcrübə);
- Geyim dizaynı, konstruksiyası və tekstil texnologiyaları üzrə biliklər;
- Parça növləri, onların xüsusiyyətləri və istifadə sahələri üzrə biliklər;
- Geyim istehsalı prosesləri və texnoloji ardıcıllıq haqqında biliklər;
- Ölçü sistemləri, ölçü cədvəlləri üzrə biliklər;
- Keyfiyyət standartları və istehsalat tələbləri barədə biliklər;
- Kreativ düşünmə və estetik baxımdan güclü dizayn bacarığı;
- Eskiz çəkmə və texniki rəsmlərin hazırlanması bacarığı
- Adobe Illustrator, CorelDRAW, Photoshop və ya digər dizayn proqramları bilmək
- Komanda ilə işləmək və ünsiyyət bacarıqları
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.