Nur Collection

Modelyer – konstruktor

Nur Collection
Ə/h razılaşma ilə
484
Tam iş günü
Bakı, Azərbaycan
19.08.2025 03:10 - 19.09.2025 12:00

İş haqqında məlumat

  • Dizaynerin eskizinə uyğun modelin konstruksiyanın hazırlanması, zərurət yarandıqda düzəlişlərin edilməsi;
  • İstehsala buraxılmağa hazır olan lekalların tam komplektinin hazırlanması;
  • Nümunələrin hazırlanma zamanı təklif olunan texnologiyalara riayət edilməsinə nəzarət;
  • Konstruksiv qüsurlarının aradan qaldırılması, ölçülərə görə qradasiya, kəsim sxemlərinin tərtib edilməsi;
  • Fabrik istehsalı üçün model nümunələrinin hazırlanmasına dair konstruktor-texnoloji sənədlərin (ölçü cədvəli, spesifikasiya, texniki təsvir) tərtib edilməsi;
  • Geyim nümunələrinin yoxlanılması və sınaq geyimlərinin uyğunluğunun qiymətləndirilməsi prosesində iştirak;
  • Yeni və orijinal ideyalar yarada bilməli, yenilik gətirən dizaynlar etməlidir;
  • Qlobal dəb trendlərini izləyib onları öz tərzində şərh edə bilməli;
  • Trendə uyğun, amma fərqli və gözoxşayan modellər dizayn etməli;
  • Parçalar, rənglər və teksturalar arasında yaradıcı kombinasiyalar qurmaq bacarığı olmalıdır.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir;
  • İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Nahar müəssisə tərəfindən təmin edilir;
  • 5 günlük iş həftəsi şənbə günü 14:00 dək.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “Modelyer – konstruktor” Mövzu bölməsində göstərin.

Tələblər

  • “GERBER” 14.2 versiyasında konstruksiya və model qurma proqramlarında işləmə bacarığı;
  • Qadın, uşaq və kişi geyimlərinin konstruksiya sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Parça növlərini, onların xüsusiyyətlərini və istehsal prosesində spesifik tələbləri bilmək;
  • Geyimin oturuşundakı qüsurları düzgün və operativ şəkildə düzəltmə bacarığı;
  • İşinə məsuliyyətli yanaşma, dəqiqlik, yaradıcı yanaşma və tapşırıqların vaxtında yerinə yetirilməsi.

Namizədin şəxsi keyfiyyətləri:

  • İdarəetmə qabiliyyəti; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.