ŞŞ

Monitorinq üzrə aparıcı mütəxəssis (Memar)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
3867
Tam iş günü
Şuşa, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

  • Mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək;
  • Abidələrin funksional təyinatına uyğun istifadə edilməsinin, habelə tarixi memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığının və uzunömürlülüyünün təmin edilməsinin təşkil edilməsi üçün təkliflər vermək;
  • Tarixi-mədəni irsin idarə olunması və qorunması işinin sahədə tətbiqi üçün iş planları hazırlayıb onların icra edilməsi mexanizmləri barədə təkliflər vermək;
  • Qazıntı, təmir-tikinti işlərinin planlaşdırıldığı əraziləri əvvəlcədən nəzərdən keçirmək, həmin ərazilərdəki abidələrin ilkin tədqiqini təmin etmək və ərazidə işlərin davam etdirilib-etdirilməməsi barədə qərarın formalaşması üçün ilkin rəylər vermək;
  • Müxtəlif təyinatlı qazıntılar zamanı aşkar olunan arxeoloji əhəmiyyət kəsb edən obyektlərin yerində öyrənilməsini təmin edilməsi üçün aparılan təsərrüfat işlərinin dayandırılması ilə bağlı qərarın verilməsi üçün İdarəyə təkliflər vermək; 
  • Konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
  • Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinin monitorinqini həyata keçirmək;
  • Abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası istiqamətində aparılan işlərin monitorinqini həyata keçirmək;
  • Şuşa şəhərinin ərazisində aparılan arxeoloji qazıntılara, bu qazıntıların abidələrə zərər yetirilmədən aparılmasına nəzarət etmək; 
  • Abidələrin üzərində aparılacaq müxtəlif təyinatlı işlərin təsdiq olunmuş layihələr əsasında aparılıb-aparılmamasının vaxtaşırı monitorinqini keçirmək;
  • Həyata keçirilən monitorinq işləri və onların nəticələri bardə dövri hesabatlar hazırlamaq;
  • Rəhbərliyin tapşırığı ilə öz vəzifə səlahiyyətləri çərçivəsində digər işləri yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (Memarlıq ixtisası üzrə)
  • Müvafiq sahə üzrə 3 (üç) il iş təcübəsi;
  • Analitik düşüncə bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Detallara diqqət yetirmək bacarığı;
  • Müvafiq proqram təminatı biliklərinin yüksək səviyyədə olması (AutoCAD, Sketchup, GİS, Revit);
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar