Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
855
Tam iş günü
Bakı, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

  • İş planı hazırlamaq üçün resursları müəyyən edir və təhlil edir.
  • Təhlillər əsasında iş planı hazırlanmasında köməklik göstərir.
  • Plana əsasən görəcəyi işlərin ardıcıllığını və sərf olunacaq zamanı müəyyən edir.
  • Müvafiq material və ləvazimatları müəyyən edir və işə hazırlayır.
  • Montaj işlərində istifadə olunan əl və mexaniki alət və avadanlıqların işlək və saz olmasını yoxlayir.
  • Patch Panellərin, RJ45 yuvararının, RJ45 ucluqların standartlara uyğun tikilməsinin təmin edir.
  • Strukturlaşmış kabel sistemi (SKS), Videomüşahidə sistemi, Girişə Nəzarət və İdarəetmə Sistemi (ACS), Video divarların quraşdırılması və verilmiş sxem üzrə qoşulması (montajı) işlərini təmin edir.
  • Quraşdırma işlərini beynəlxalq telekommunikasiya standartlarının tələblərinə uyğun həyata keçirir.
  • Kabel xətlərinin, portların və avadanlıqların standartlara uyğun markalanmasını həyata keçirir.
  • Kabel axtaran qurğunun köməyi ilə kabel magistrallarının müəyyən edir.
  • Avadanlıqların və sistemlərin montajından sonra test və yoxlama işlərini aparır, nasazlıqları aşkarlayaraq aradan qaldırır.
  • Test və ölçmə nəticələrini sənədləşdirir və müvafiq texniki hesabatları təqdim edir.
  • Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir.
  • Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir.
  • İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür.
  • Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir.
  • İş yerinə aid və ya istifadəsində olan alətlərdən, avadanlıqlardan, vasitələrdən və ləvazimatlardan səmərəli istifadə edir.
  • Kabel sxemlərinin və port xəritələrinin hazırlanmasında və yenilənməsində iştirak edirş
  • Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və quraşdırma işlərini layihə planına uyğun icra edir.
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik)
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Tələblər

  • Peşə-ixtisas təhsili (montaj üzrə) və ya ali texniki təhsil
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • MS Office proqramları
  • Strukturlaşmış kabel sistemləri
  • CAD sistemlərini bilməsi arzuolunandır.