Bakı,
Azərbaycan
03/04/2026
-
17/04/2026
İş haqqında məlumat
- Elektrik avadanlıqlarının, elektrik xətlərinin və elektrik şəbəkələrinin quraşdırılmasını layihə və texniki sənədlərə uyğun şəkildə həyata keçirir.
- Elektrik kabellərinin və naqillərin çəkilişini həyata keçirir, kabel kanalları, borular, traylar və digər kabel infrastrukturlarını quraşdırır.
- Elektrik paylayıcı lövhələrin, avtomat açarların, qoruyucu qurğuların və digər elektrik avadanlıqlarının montajını həyata keçirir.
- Elektrik rozetkalarının, açarların, işıqlandırma cihazlarının və digər elektrik nöqtələrinin quraşdırılmasını təmin edir.
- Elektrik avadanlıqlarının və naqil birləşmələrinin standartlara uyğun terminasiya və birləşdirilməsini həyata keçirir.
- Elektrik xətlərinin və avadanlıqların iş qabiliyyətini yoxlayır, ölçmə və test işlərini aparır.
- Elektrik sistemlərində yaranan nasazlıqları aşkar edir və onların aradan qaldırılmasını təmin edir.
- Elektrik avadanlıqları və xətlərinin markalanmasını həyata keçirir və elektrik sxemlərinə uyğunluğunu yoxlayır.
- Elektrik montaj işlərini beynəlxalq və milli elektrik standartlarının tələblərinə uyğun həyata keçirir, o cümlədən International Electrotechnical Commission tərəfindən müəyyən edilmiş texniki normalara riayət edir.
- Elektrik montaj işlərini layihə planına və müəyyən edilmiş müddətlərə uyğun icra edir.
- Elektrik avadanlıqlarının istismara verilməsi üçün ilkin yoxlama və sınaq işlərini aparır.
- Görülmüş işlər barədə texniki məlumatları və hesabatları təqdim edir.
- İş zamanı elektrik və texniki təhlükəsizlik qaydalarına riayət edir və müvafiq qoruyucu vasitələrdən istifadə edir.
- İş sahəsinin təhlükəsiz, səliqəli və texniki tələblərə uyğun saxlanmasını təmin edir.
- Yeni texnologiyalar və avadanlıqlar barədə biliklərini daim yeniləyir, peşəkar inkişaf məqsədilə təlim və seminarlarda iştirak edir.
- Görülən işlər üzrə gündəlik və ya həftəlik hesabatların hazırlanmasında iştirak edir.
- İş ərazisinə səlahiyyəti olmayan şəxslərin girməsinin qarşısının alınması üçün lazımi tədbirlər görür.
- Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət edir.
- Layihə mühəndisləri və digər texniki heyətlə koordinasiyalı şəkildə işləyir və montaj işlərinin düzgün icrasını təmin edir.
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- Müqavilə müddəti: Müddətli əmək müqaviləsi (1 illik)
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Tələblər
- Peşə-ixtisas təhsili (müvafiq sahə üzrə) və ya ali texniki təhsil
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- MS Office proqramları
- Strukturlaşmış kabel sistemləri
- CAD sistemlərini bilməsi arzuolunandır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.