Bakı,
Azərbaycan
08.10.2025 10:22
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin sosial media, vebsayt və rəqəmsal reklam kanalları üçün video materialların hazırlanması;
- Kampaniyalar, məhsul tanıtımları və brend videoları üçün kreativ video konseptlərin yaradılması;
- Brend kimliyinə uyğun animasiyalar, intro/outro və video elementlərinin dizaynı;
- Foto, video və səs materiallarının montajı və optimallaşdırılması;
- SMM və kontent komandaları ilə birgə çalışaraq brend tərzinə uyğun vizualların hazırlanması;
- Mövcud dizayn materiallarının animasiyaya uyğunlaşdırılması və yenilənməsi;
- Trendləri izləyərək motion videoların keyfiyyətinin daim artırılması.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Tam ştat;
- Əmək haqqı: 1200 – 1500 AZN.
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz CV və portfoliolarını “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Motion Designer” yazılması mütləqdir.
Tələblər
- Təhsil: Dizayn, multimedia və ya əlaqəli sahədə ali təhsil;
- Təcrübə: Minimum 1–2 il rəqəmsal dizayn və ya motion dizayn sahəsində təcrübə;
- Adobe After Effects, Premiere Pro, Photoshop və Illustrator proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – yaxşı;
- Yaradıcılıq və yeni ideyalara açıq olmaq;
- Vaxtın idarə edilməsi və məsuliyyətli yanaşma;
- Komanda ilə işləmə bacarığı.