Sharaf Media

Motion Designer

Sharaf Media
Ə/h razılaşma ilə
548
Tam iş günü
Bakı, Azərbaycan
05/03/2026 - 19/03/2026

İş haqqında məlumat

Sharaf Media — Azərbaycan bazarında 13 illik təcrübəyə malik kreativ marketinq agentliyidir. Biz strategiya, kreativ və prodakşnı birləşdirərək brendlər üçün güclü reklam kampaniyaları və viral kontent yaradırıq.

Komandamıza ideyaları dinamik və təsirli vizual məzmuna çevirə biləcək Motion Designer axtarırıq.

Nə etməli olacaq

  • Social media üçün motion video və animasiyalar hazırlamaq
  • Reels və TikTok videoları üzərində işləmək (animasiya, montaj, effektlər)
  • Qrafika, titrlər, loqolar və reklam elementlərini animasiya etmək
  • Digital kampaniyalar üçün dinamik reklam videoları hazırlamaq
  • Kreativ komanda ilə birlikdə işləmək (kopirayterlər, dizaynerlər, kontent-kreatorlar)
  • Videoları sosial media platformalarının müxtəlif formatlarına uyğunlaşdırmaq

Biz nə təklif edirik

  • Güclü kreativ komanda ilə işləmək imkanı
  • Lokal və beynəlxalq brendlər üçün layihələr
  • Viral və kreativ kontent yaratmaq imkanı
  • İdeyaların yaradıldığı və həyata keçirildiyi dinamik iş mühiti

İş rejimi və ünvan

  • Bazar ertəsi – Cümə: 09.00 – 18.00.
  • İstirahət günləri: Şənbə və Bazar, Dövlət tərəfindən müəyyən edilən rəsmi qeyri-iş günləri
  • Ünvan: Azure Business Center, 10-cu mərtəbə.

Əmək haqqı - Əmək haqqı namizədin təcrübəsi, peşəkar səviyyəsi və portfoliosuna əsasən müəyyən edilir. Agentlik tərəfindən bazara uyğun, rəqabətli və ədalətli əmək haqqı təklif olunur.

Tələblər

  • After Effects və Premiere proqramlarında yaxşı səviyyədə işləmək
  • Motion qrafika və video montaj üzrə təcrübə
  • Instagram, TikTok və Reels kontent trendlərini anlamaq
  • Agentlik tempində sürətli və deadline-lara uyğun işləmək bacarığı
  • Kompozisiya, ritm və dinamika hissinin olması

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.