Honours Academy

Motion Designer / Video Editor

Honours Academy
Ə/h razılaşma ilə
227
Tam iş günü
Bakı, Azərbaycan
02/10/2026 - 16/10/2026

İş haqqında məlumat

Honours Academy, Honours Language Institute və Honours Coffee brendləri üçün video montaj və motion dizayn işlərini həyata keçirəcək Motion Designer / Video Editor axtarırıq. Bu rolda əsas məsuliyyətiniz çəkilmiş materialları və təsdiqlənmiş konseptləri brendlərin üslubuna uyğun, aydın və vizual baxımdan keyfiyyətli videolara çevirmək olacaq.

Əsas vəzifələr:

  • Sosial media, reklam kampaniyaları və YouTube üçün qısa və uzun videoları montaj etmək;
  • Ekspert çıxışları, müsahibələr, tələbə hekayələri, proqram təqdimatları və tədbir videolarını hazırlamaq;
  • Ssenari və yaradıcı brif əsasında videonun strukturunu, ritmini və vizual ardıcıllığını qurmaq;
  • Mətn animasiyaları, titrlər, lower third, infoqrafika və digər motion elementlər hazırlamaq;
  • Təhsil və maliyyə mövzularının anlaşılmasını asanlaşdıran qrafik və animasiyalar yaratmaq;
  • Görüntülərin rəng korreksiyasını aparmaq, səs səviyyələrini tənzimləmək və mümkün səs qüsurlarını aradan qaldırmaq;
  • Subtitrləri hazırlamaq, onların oxunaqlılığını və görüntü ilə uyğunluğunu təmin etmək;
  • Musiqi və səs effektlərini videonun məqsədinə və brend üslubuna uyğun seçmək;
  • Videoları müxtəlif platformalar üçün şaquli, üfüqi və digər tələb olunan formatlara uyğunlaşdırmaq;
  • Uzun videolardan qısa fraqmentlər və reklam versiyaları hazırlamaq;
  • Təkrarlanan kontent formatları üçün istifadə oluna bilən motion şablonları yaratmaq;
  • Content Strategist & Creative Producer, SMM mütəxəssisləri və qrafik dizaynerlə koordinasiyalı işləmək;
  • Geribildirim əsasında düzəlişləri tətbiq etmək, materialları razılaşdırılmış müddətdə təhvil vermək;
  • Layihə fayllarını, istifadə olunan materialları və yekun versiyaları sistemli saxlamaq;

Tələblər

  • Video montaj və motion dizayn üzrə praktik təcrübə;
  • Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;
  • Kompozisiya, tipoqrafiya, rəng və animasiya prinsipləri üzrə bilik;
  • Videonun ilk saniyələrində maraq yaratmaq, məzmunun aydınlığını və izləmə tempini qorumaq bacarığı;
  • Həm dinamik sosial media videoları, həm də təmkinli və peşəkar təqdimatlar hazırlamaq bacarığı;
  • Səs emalı və rəng korreksiyası üzrə praktik bilik;
  • Azərbaycan dilində subtitr və ekranda göstərilən mətnlərdə səhvləri müəyyən etmək bacarığı;
  • Hazır şablonları brendə uyğunlaşdırmaqla yanaşı, fərdi motion elementlər hazırlamaq bacarığı;
  • Musiqi, şrift və digər materialların istifadə hüquqlarına diqqət etmək;
  • Briflə işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək;
  • Montaj və motion dizayn bacarıqlarını göstərən portfolio və ya showreel.

Üstünlük veriləcək:

  • YouTube müsahibələri və çoxkameralı çəkilişlərin montajı üzrə təcrübəyə;
  • Adobe Photoshop və Illustrator proqramlarında işləmək bacarığına;
  • AI alətlərindən video istehsalına dəstək məqsədilə istifadə təcrübəsinə;
  • ClickUp və ya oxşar layihə idarəetmə alətləri ilə tanışlığa.

Komandada iş bölgüsü:

  • Kontent strategiyası və yaradıcı istiqamət Content Strategist & Creative Producer tərəfindən
  • müəyyən edilir. Çəkilişləri SMM mütəxəssisləri həyata keçirir.
  • Motion Designer / Video Editor təqdim edilmiş materialların montajına, animasiyasına və texniki
  • cəhətdən keyfiyyətli yekun versiyasına cavabdehdir. Çəkilişdən əvvəl görüntü və səs
  • materiallarına dair texniki ehtiyacları komandaya bildirir.
  • Vəzifə birbaşa Marketing Lead-ə tabedir.

İş qrafiki:

  • Həftədə 5 iş günü və 2 istirahət günü;
  • Əsas iş saatları: 10:00–19:00;
  • İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda istirahət günləri həftəiçinə təyin edilir;
  • Çəkiliş və tədbirlərin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.