By Telecom

Motion Dizayner

By Telecom
Ə/h razılaşma ilə
436
Tam iş günü
Bakı, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

Bytelecom komandası olaraq kreativ və dinamik düşüncəyə sahib, motion dizayn sahəsində təcrübəli mütəxəssis axtarırıq. Əgər həm animasiya, həm də qrafik dizayn bacarıqlarınız varsa və reklam kontenti yaratmaqdan zövq alırsınızsa – sizi komandamızda görmək istəyirik!

Əsas vəzifələr:

  • Sosial media və reklam kampaniyaları üçün motion videoların hazırlanması 
  • Banner, poster və digər vizual materialların dizaynı 
  • Reklam çarxları, reels və promo videoların hazırlanması 
  • Kreativ ideyaların hazırlanması və vizuallaşdırılması 
  • Marketinq komandası ilə koordinasiyalı işləmək 

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı 
  • Karyera inkişafı və kreativ mühit 
  • Böyük layihələrdə iştirak imkanı 
  • Dinamik və peşəkar komanda 

Tələblər

  • Motion dizayn sahəsində iş təcrübəsi 
  • Adobe After Effects, Premiere Pro proqramlarında yüksək səviyyədə bilik 
  • Adobe Photoshop və Illustrator bilikləri 
  • Kreativ düşüncə və dizayn zövqü 
  • Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı 
  • Komandada işləmə bacarığı və məsuliyyətlilik 

Üstünlüklər:

  • 3D proqram bilikləri (Cinema 4D və s.) 
  • Video çəkiliş və montaj təcrübəsi 
  • Reklam və retail sahəsində iş təcrübəsi 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.