Bakı,
Azərbaycan
31/03/2026
-
14/04/2026
İş haqqında məlumat
- Mağazanın satış, xərclər, stok və sifariş proseslərinə nəzarət etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətinə nəzarət etmək;
- Malların vitrin və rəflərdə səliqəli, standartlara uyğun yerləşdirilməsini təmin etmək;
- Anbarda malların düzgün şəraitdə saxlanılmasını, itki və zədələnmə hallarının qarşısının alınmasını təmin etmək;
- Inventarizasiya prosesində iştirak etmək;
- Qaytarmaların və sənədləşmələrin vaxtında və düzgün icrasına nəzarət etmək;
- İşçi heyətinin işini koordinasiya etmək və motivasiyasını artırmaq;
- Əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- İş vaxtı: növbəli qrafik;
- Nahar və iş geyimi şirkət tərəfindən təmin olunur;
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1000-1200 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi, İdarəetmə sahəsində minimum 1 il təcrübə;
- Yaş həddi: 28–45 yaş
- Komanda ilə işləmə bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Ünsiyyət və idarəetmə bacarıqları;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.