Boranı Restoranlar Şəbəkəsi

Mühafizə Şöbə Rəisi

Boranı Restoranlar Şəbəkəsi
1500 ₼
2479
Tam iş günü
Bakı, Azərbaycan
04/12/2025 - 11/12/2025

İş haqqında məlumat

  • Restoranlar şəbəsində mühafizə xidmətinin ümumi idarə olunması və nəzarətin təşkili
  • Bütün filiallarda təhlükəsizlik qaydalarının icrası və qorunması üçün prosedurların hazırlanması.
  • Mühafizə əməkdaşlarının iş qrafikinin, növbə bölgüsünün, tapşırıqların planlaşdırılması və onların fəaliyyətinə daimi nəzarət
  • Restoranlarda baş verə biləcək təhlükə risklərinin qiymətləndirilməsi və qarşısının alınması üçün tədbirlərin hazırlanması.
  • Oğurluq, mübahisə, kənar müdaxilə və digər insidentlərin operativ şəkildə idarə olunması və araşdırılması.
  • Filialların kameralarının, təhlükəsizlik sistemlərinin, giriş-çıxış nəzarət mexanizmlərinin mütəmadi yoxlanılması.
  • Restoran rəhbərliyi ilə koordinasiyalı şəkildə bütün mühafizə proseslərinin təkmilləşdirilməsi.
  • Daxili qaydaların, mühafizə protokollarının və təlimatların hazırlanması, işçilərə izah olunması.
  • Zəruri hallarda hüquq-mühafizə orqanları ilə əməkdaşlıq.
  • Hər ay baş verən hallar haqqında rəhbərliyə yazılı hesabatların təqdim edilməsi.

İş şəraiti:

  • Əmək haqqı: 1500 AZN
  • 6 günlük iş qrafiki
  • Nahar və korporativ nömrə ilə təmin etmə

Tələblər

  • Mühafizə sahəsində minimum 3–5 il təcrübə; rəhbər vəzifədə təcrübə üstünlükdür.
  • Restoran, otel, ticarət mərkəzi və ya iri obyektlərdə təhlükəsizlik idarəçiliyi təcrübəsi arzuolunandır.
  • Təhlükəsizlik sistemləri, kamera nəzarəti, giriş-çıxış protokolları haqqında biliklər
  • Komandaya rəhbərlik etmək və intizamı təmin etmək bacarığı
  • Yüksək məsuliyyət, diqqətlilik və analiz qabiliyyəti
  • Rahat qrafiklə işləmək (bəzən gecə və ya təcili çağırış)