Kaspi Təhsil Şirkəti

Mühafizəçi

Kaspi Təhsil Şirkəti
Ə/h razılaşma ilə
2134
Tam iş günü
Bakı, Azərbaycan
28.08.2025 11:01 - 28.09.2025 12:00

İş haqqında məlumat

  • Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək;
  • Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq;
  • Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək;
  • Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək;
  • Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
  • Mühafizə kameralarının işinə nəzarət etmək;
  • Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək;
  • Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək;
  • Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək;
  • Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək;
  • Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını ( https://www.kaspi.edu.az/career/ ) doldurmaqla müraciət edə bilərlər. 


 

Tələblər

  • Orta təhsil;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi ;
  • Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı;
  • Rus dili üzrə orta səviyyədə biliklər arzuolunandır ;
  • Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və intizamlılıq;
  • Çeviklik və qısa zamanda qərar vermək bacarığı;
  • Şifahi ünsiyyət bacarığı;
  • Təxirəsalınmaz ilkin tibbi yardım biliyinin olması arzuolunandır;
  • İctimai təhlükəsizlik və əmlakla bağlı təhlükəsizlik qayda və normaları üzrə biliklər arzuolunandır;
  • Fiziki güc və xüsusi mühafizə vasitələrindən istifadə bacarığı.


Oxşar vakansiyalar