Bakı və bölgələr,
Azərbaycan
05/10/2026
-
19/10/2026
İş haqqında məlumat
Müəssisə: Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti
Vəzifə öhdəlikləri:
- Obyektlərin və maddi dəyərlilərin mühafizəsi
- Şirkət ərazisinə daxil olan və şirkət ərazisini tərk edən müəssisəyə məxsus yük nəqliyyat vasitələrinin yükü təsdiq edən sənədlərinə nəzarət
- Şirkətə məxsus Nəqliyyat Vasitələrinin müəssisədən çıxış qaydalarına nəzarət
- Şirkət ərazisinə daxil olan şirkət yük nəqliyyat vasitələrinin yoxlanılması və qeydiyyatının aparılmasına nəzarət
- Şirkət ərazisinə giriş-çıxış edən tədarükçülərə məxsus nəqliyyat vasitələrinə nəzarət
- Şirkət ərazisinə giriş-çıxış edən digər müəssisə tədarükçülərinə nəzarət
- Şirkətə məxsus Təhlükəsizlik/İzləmə Video Kameralarına nəzarət
- Şirkətə gələn qonaqların/ziyarətçilərin qəbuluna nəzarət
- Şirkət daxili təhlükəsizlik nəzarəti
- Təhlükəli vəziyyət yarandığı hallarda müvafiq tədbirlərin görülməsi
- Xidməti zərurətlə əlaqədar müvafiq jurnallar, blanklar və kitablarda qeydiyyat aparılması.
Tələblər
- Natamam və ya orta təhsilli;
- Namizəd 20-30 yaş arlığında olmalı (20 yaş mütləq tamam olmalı);
- Hərbi xidməti tam başa vurmalı, Azərbaycan Respublikası vətəndaşı olmalı;
- Şirkət Daxili İşlər Nazirliyinin xüsusi lisenziyası ilə çalışdığı üçün namizədin bədənində “döymə, tatoo” olmamalı;
- Boyu minimum 1.75 və fiziki cəhətdən sağlam olmalıdır;
İş Şərtləri:
- 2 Növbəli iş qrafiki (1 səhər, 1 gecə növbəsi və 2 istirahət günü)
- Nahar və mühafizəçi geyimi şirkət tərəfindən təmin olunur.
- İş yerləri: Bakı, Xırdalan və Sumqayıt şəhərləri