Bakı,
Azərbaycan
15.09.2025 03:14
-
15.10.2025 12:00
İş haqqında məlumat
- Təlimatda iştirak edərək təlimatın mövzusu üzrə məlumatların alınması;
- Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması;
- Qarovulun istifadə etdiyi şərti işarələrin öyrənilməsi;
- Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması;
- Mühаfizəyə götürülən оtаqlаrın, аnbаrlаrın pəncərə və qаpılаrının, кilid, möhür və dаmğаlаrın vəziyyətinin yoxlanması ;
- Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması;
- Obyektlərdə personal və ziyarətçilər üçün giriş və obyektdaxili rejimlərin təmin edilməsi;
- Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması;
- Buraxılış bürosu olmayan obyektlərdə buraxılış vərəqələrinin vaxtında qaytarılmasına nəzarət edilməsi;
- Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması;
- Mühafizə olunan obyektlərin girişində və çıxışında əmlakın, habelə nəqliyyat vasitələrinin yoxlanılması;
- Obyektdən çıxarılan və obyektə gətirilən əmlakın giriş-çıxışının buraxılış rejimi qaydalarına uyğun həyata keçirilməsi;
- Mühafizə olunan binalarda, obyektlərin ərazisində və perimetri boyunca stasionar və səyyar postalarda xidmətin həyata keçirilməsi, həmçinin mühəndis-texniki mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi və aşkarlanan nöqsanlar barədə aidiyyəti üzrə məlumat verilməsi;
- Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması;
- Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması;
- Xidmətin təşkili və aparılmasına dair sənədlərdə, jurnallarda müvafiq qeydiyyatların aparılması ;
- Vəzifə funksiyalarının icrasından irəli gələn işlər barədə daxili nəzarət və dövlət orqanları tərəfindən tələb olunan məlumatların və izahatların təqdim edilməsi;
- Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi;
- Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;
- Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi.
Müraciət etmək üçün: [email protected]
Tələblər
- Fiziki cəhətdən sağlam, həqiqi hərbi xidmətdə olmuş, yaşı 20-30 arası, əvvəllər məhkumluğu olmayan və boyu 170 sm-dən yuxarı olan Azərbaycan Respublikasının kişi vətəndaşları tələb olunur.
- “Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər: Qolların üzərində bədənin döşəmədən qaldırıb -endirmək - 50 dəfə Turnikdə dartınmaq - 10 dəfə 100 (yüz) metr məsafəyə qaçmaq - 15 saniyə 1000 (min) metr məsafəyə qaçmaq - 4 dəqiqə