Bakı,
Azərbaycan
25.04.25
-
25.05.25
İş haqqında məlumat
- Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
- Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması və ödənilməsi;
- Vergi, DSMF,Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Kreditor,debitor borclarına nəzarət edilməsi, qarşılıqlı üzləşmələrin aparılması, üzləşmə aktının tərtib olunması;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunun yoxlanılması;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, protokol, hesab-faktura, təhvil-təslim aktları və s.);
- Elektron qaimələrin yazılması;
- Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması;
- Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması;
- İş rejimi: həftə içi 5 gün;
- Korporativ nömrə;
- İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cı məhəllə.
Tələblər
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Mühasibatlığla bağlı yerli qanunvericilik bilikləri;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması təcrübəsi;
- Elektron portallar ilə işləyə bilmə qabiliyyəti;
- Azərbaycan dili (əla), ingilis və rus dili arzuolunandır;
- MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
- 1C sistemi üzrə biliklər;
- Stressə dözümlülük.