Bakı,
Azərbaycan
01.05.25
-
01.06.25
İş haqqında məlumat
- İstehsalat prosesində istifadə olunan xammal, material, enerji, əmək və digər resursların uçotunun düzgün aparılması;
- Məhsulun maya dəyərinin hesablanması və analizi;
- İstehsalatda baş verən əməliyyatların ilkin sənədlərinin toplanması, yoxlanılması və uçota alınması;
- Müəssisənin daxili istehsalat dövriyyəsinin mühasibat uçotunda əks etdirilməsi;
- Hesabat dövrü üzrə balansın və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak;
- Əməkhaqqı, amortizasiya, enerji xərcləri və digər istehsalat xərclərinin düzgün uçotu;
- Vergi və digər rəsmi orqanlara təqdim edilən hesabatların hazırlanmasına yardım göstərmək;
- Aylıq, rüblük və illik inventarizasiyalarda iştirak və uçotla faktiki göstəricilərin uyğunluğunu yoxlamaq;
- Mühasibat proqramlarında (1C) məlumatların düzgün daxil edilməsi və saxlanılması;
- Rəhbərlik üçün maliyyə və istehsalatla bağlı analitik hesabatların hazırlanması;
- Debitorlarla və kreditorlarla müqavilənin hazırlanılması;
- Vergi hesabatlarının hazırlanılması və təqdim olunması;
- Bank ödənişlərinin həyata keçirilməsi və əmək haqqı hesablanılması;
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- Könüllü tibbi sığorta;
- Korporativ telefon və nömrə;
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası.
Tələblər
- Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- ACCA F2 Sertifikatı arzuolunandır;
- Azərbaycan dili (Rus dili arzuolunandır);
- 1C programını bilmək üstünlükdür;
- Microsoft Office programları: Outlook, Word və Excel
- Vergi Qanunvericiliyi;
- Riyazi hesablama aparma, analitik təhliletmə qabiliyyəti.;
- Operativlik;
- Məsuliyyətli
- Detallara diqqətli.