Bakı,
Azərbaycan
07.05.25
-
07.06.25
İş haqqında məlumat
- Mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması;
- 1C proqramında əməliyyatların düzgün və vaxtında işlənməsi (qaimələr, bank, kassa, depozit, avans, satış, alış və s.);
- Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması üçün ilkin uçotun aparılması;
- E-qaimələrin düzgünlüyünün yoxlanması və daxili sistemlərə uyğun sənədlərin təhlili;
- Debitor və kreditor hesabların uçotu və üzləşmələrin təşkili;
- Bank əməliyyatları üzrə sənədləşmə və sistemə işlənməsi, ödəniş tapşırıqlarının hazırlanması;
- Aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- İlkin sənədlərin arxivləşdirilməsi və sənəd dövriyyəsinin idarə olunması;
- Maliyyə intizamı və mühasibatlıqla bağlı daxili prosedurlara əməl olunmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Ofis - Dərnəgül, Ziya Bünyadov pr 2071;
- 5 günlük iş qrafiki - 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblər
- Təhsil: Ali iqtisadi təhsil;
- İş təcrübəsi: minimum 1-3 il mühasibatlıq sahəsində;
- Analitik düşüncə və təhlil bacarığı:
- Qanunvericiliyə bələdlik:
- Diqqət və dəqiqlik:
- Vaxtın düzgün idarə olunması:
- Komandada işləmək və əlaqə bacarığı:
- İntizam və məsuliyyət.