BYD Motors Baku MMC
Ə/h razılaşma ilə
2064
Tam iş günü
Bakı, Azərbaycan
12.08.2025 10:26 - 12.09.2025 12:00

İş haqqında məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və maliyyə uçotunun aparılması;
  • Kassa və bank əməliyyatlarının icrası, qaimə və vergi hesab-fakturalarının tərtibi, üzləşmə aktlarının hazırlanması;
  • Debitor və kreditor hesablaşmaların idarə olunması;
  • Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
  • Mal-materialların uçotu;
  • İdxal və ixrac əməliyyatlarının uçotu, maya dəyərinin hesablanması;
  • Aylıq xərc smetasının hazırlanması və nəzarəti;
  • İnternet banking vasitəsilə ödənişlərin icrası və nəzarəti;
  • Maliyyə hesabatlarının hazırlanması: Balans, Mənfəət/Zərər, Pul vəsaitlərinin hərəkəti.

İş şəraiti

  • İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.);
  • İş rejimi: 5 günlük iş qrafiki;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi);
  • Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • 1C mühasibat proqramında azı 3 il iş təcrübəsi;
  • Peşəkar mühasib sertifikatı (arzuolunandır);
  • MS Office proqramlarında (xüsusilə Excel, Word, Outlook) yüksək səviyyədə bacarıq;
  • Vergi, Əmək və Mülki Məcəllə üzrə dərin biliklər;
  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi.


Oxşar vakansiyalar