Bakı,
Azərbaycan
19.08.2025 02:26
-
19.09.2025 12:00
İş haqqında məlumat
- Bütün muhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal, iş və xidmətlərin alışı və silinməsi işlərinin icrası;
- Əmək haqqı və Əmək haqqına bərabər tutulan bütün ödənişlərin hesablanması, ödənilməsi, eyni zamanda DSMF və bir əmək statistika hesabatının verilməsi;
- Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərini hesablanması. Təmir xərclərinin qüsur quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması;
- İnternet banking vasitəsi ilə bütün bank əməliyyatlarının icrası və 1c proqramında işlənilməsi;
- Nağdsız hesablaşmalar haqqında qanun tələbinə uyğun olaraq kassa əməliyyatlarının icrası;
- İstehsalın uçotu (istehsal məhsulunun spesfikasiyalarının hazırlanması, hazır məhsul anbarına nəzarət);
- Layihələri üzrə material və sair xərclərin texniki uçot və F2-lər üzrə silinməsi;
- Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığın icrası eyni zamanda əməliyyatların 1C proqramında işlənilməsi;
- Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;
- Alış və Satış qaimələrinin 1C proqramında işlənilməsi, qaimə üzrə gələn mal-material, əsas vəsait, ehtiyat hissələrinin anbarlar düzgün yerləşdirilməsi;
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir.
Digər məlumatlar:
- 5 günlük iş rejimi;
- Bütün infrastrukturlara yaxın ofis məkan;
- Korporativ nömrə ilə təminat;
- Əmək haqqı bilik və bacarıqlardan asılı olaraq 1200 -1500 AZN.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat üzrə olması arzu olunandır);
- Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi;
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.