Pickvisa

Mühasib

Pickvisa
800 - 1000 ₼
1378
Tam iş günü
Bakı, Azərbaycan
09.10.2025 05:41 - 09.11.2025 12:00

İş haqqında məlumat

  • Vergi, DSMF, Statistika, Məşğulluq və digər qanunvericiliyə uyğun hesabatların dəqiq və vaxtında hazırlanması və təqdim edilməsi.
  • Əmək haqqının hesablanması və ödənilməsinə nəzarət, kassa və bank əməliyyatlarının düzgün icra olunmasının təmin edilməsi.
  • Satış və satınalma xərclərinin, gündəlik otel, bilet və digər xidmətlərin uçotu və nəzarəti, müəssisənin gəlir və xərclərinin kassa kitabında düzgün aparılması.
  • Aylıq və idarəçilik üçün maliyyə hesabatlarının, maliyyə təqdimatlarının, mənfəət və zərər hesabatlarının hazırlanması və təqdim edilməsi.

İş şəraiti:

  • Əmək Haqqı: 800-1000 AZN
  • İş Qrafiki: Həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
  • Qeyd: Vakansiya yalnız ofis daxilində işləyəcək namizədlər üçün nəzərdə tutulur.

Ərizə Qəbulu:
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərərək mövzu yerinə “Mühasib” yazsınlar.

Tələblər

  • Ali təhsil
  • Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • 1C və Excel proqramlarında təcrübə (mütləqdir);
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklər;
  • Maliyyə hesabatları və analitik təhlil aparmaq bacarığı;
  • Azərbaycan dili (rus və ingilis dili əlavə üstünlükdür);
  • Dəqiq və məsuliyyətli iş üslubu, komanda ilə işləmək bacarığı;


Oxşar vakansiyalar