Bakı,
Azərbaycan
23.10.2025 12:15
-
23.11.2025 12:00
İş haqqında məlumat
- Bütün maliyyə əməliyyatlarını yerli mühasibat uçotu standartlarına uyğun şəkildə qeydiyyata almaq və idarə etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək;
- Əməkhaqqının hesablanması, ödənişlərin həyata keçirilməsi və əlaqəli vergi hesabatlarını tərtib etmək;
- Vergi bəyannamələrini (ƏDV, mənfəət vergisi, gəlir vergisi, Vahid hesabat və s.) e-hökumət portalları vasitəsilə hazırlayıb təqdim etmək.
- Bank əməliyyatlarını idarə etmək;
- Debitor və kreditor hesablarının düzgün uçotunu aparmaq;
- Rəhbərliyə vaxtında və dəqiq hesabatların təqdim olunmasını təmin etmək;
- Rəhbərliyin tapşırıqlarına əsasən digər mühasibatlıqla bağlı işləri yerinə yetirmək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını "Mühasib" qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olun
Tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi;
- Minimum 2–3 il müvafiq iş təcrübəsi (Azərbaycan üzrə olması arzuolunandır);
- Yerli vergi və mühasibat uçotu qanunvericiliyi barədə güclü biliklər;
- MS Excel və digər MS Office proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət və detallara diqqət;
- İngilis dili biliyi tələb olunmur; Azərbaycan və/və ya rus dili bilikləri kifayətdir.