Bakı,
Azərbaycan
12/11/2025
-
12/12/2025
İş haqqında məlumat
- Otel və SPA bölmələrində istifadə olunan məhsul və xidmətlərin reseptura əsasında maya dəyərinin hesablanması;
- Faktiki maya dəyəri ilə norma maya dəyərinin müntəzəm müqayisəsi, fərqlərin təhlili və səbəblərin izahı;
- Qiymət cədvəllərinin hazırlanması və xidmət paketləri/SPA menyusu üzrə qiymət formalaşdırılmasında iştirak;
- Aylıq və illik fəaliyyət nəticələrinin təhlili, maya dəyərinə təsir edən faktorların müəyyən edilməsi;
- Xərc maddələri üzrə uçotun aparılması və xərc analizi;
- Kommunal xərclər, enerji sərfiyyatı və ümumi dəstək bölmələrinin xərclərinə nəzarət və optimallaşdırma üzrə təhlillər;
- Anbar sənədlərinin işlənməsi və malların hərəkətinin 1C sistemində düzgün qeydiyyatı;
- Fiziki və sistem qalıqlarının müntəzəm üzləşdirilməsi (inventory reconciliation);
- Gündəlik və aylıq istehsalat, anbar və xərc hesabatlarının hazırlanması;
- Rəhbərlik üçün maliyyə və analitik təqdimatların hazırlanması.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Şıxov — Green City Resort;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Müqavilə: Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı: Razılaşma əsasında;
- Nahar və nəqliyyat təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində Mühasib (otel üzrə) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 051 882 97 29
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq sahəsində);
- Maya dəyəri / istehsalat / otel mühasibatlığı üzrə minimum 3 il iş təcrübəsi;
- (Otel / SPA sektorunda təcrübə üstünlükdür)
- Microsoft Excel üzrə yüksək səviyyədə bilik (Formulalar, Data Analysis);
- 1C proqramını bilmək üstünlükdür;
- Analitik düşüncə, detallara diqqət və operativlik;
- Komanda ilə işləmə bacarığı və məsuliyyətli yanaşma;
- Stressə davamlılıq və qərarvermə bacarığı.