Bakı,
Azərbaycan
12/12/2025
-
19/12/2025
İş haqqında məlumat
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;
- Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanması təmin edir;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;
- Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə,bazar
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq;
- Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı;
- Yaş həddi: 35-40;
- Cins: Xanım
- İş təcrübəsi; 3 ildən çox
- Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
- Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Komanda ilə işləmə bacarığının olması.