Bakı,
Azərbaycan
09/01/2026
-
23/01/2026
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və maliyyə uçotunun aparılması;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik;
- Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.
İş şəraiti
- Əmək haqqı razılaşma ilə müəyyən ediləcək.
- İş vaxtı: həftənin 5 günü, saat 10:00 – 18:00
- İş yeri: Azure Business Mərkəzi
Tələblər
- Maliyyə və mühasibatlıq sahəsində ali təhsilə malik olmaq;
- Mühasib kimi minimum 2 illik peşəkar iş təcrübəsi;
- 1C proqramında işləmək bacarığı;
- Peşəkar mühasib sertifikatının olması arzuolunandır;
- Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
- Vergi hesabatlarının tərtib edilməsi;
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklər;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.