ALCO MMC

Mühasib

ALCO MMC
1550 ₼
1843
Tam iş günü
Bakı, Azərbaycan
09/01/2026 - 23/01/2026

İş haqqında məlumat

  • Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və aparılması
  • Gündəlik maliyyə əməliyyatlarının (gəlir, xərc, bank, kassa) uçotu
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və müqavilələrin uçotu
  • Bank əməliyyatlarının icrası, ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması
  • DSMF, işsizlik sığortası və icbari tibbi sığorta üzrə hesabatların hazırlanması
  • Vergi hesabatlarının (ƏDV, gəlir, mənfəət və s.) hazırlanması və təqdim edilməsi
  • Statistika və digər dövlət qurumlarına hesabatların verilməsi
  • Debitor və kreditor borclarının uçotu və təhlili
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması
  • Mühasibat arxivinin sistemli şəkildə aparılması

Şirkət tərəfindən təklif olunur:

  • Rəsmi əmək müqaviləsi
  • Stabil və uzunmüddətli iş imkanı
  • Peşəkar və dinamik kollektiv
  • Karyera inkişafı və təlim imkanları
  • Vaxtında əmək haqqı ödənişi
  • Bonus və motivasiya sistemi (nəticələrə əsasən)

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 3
  • İş qrafiki: Tam ştat, 5 günlük iş rejimi (09:00 – 18:00)
  • Əmək haqqı: 1550 AZN (arta bilər)

Tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil
  • Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal və ya ticarət sahəsi üstünlükdür)
  • Bakı şəhərində, İçərişəhərə yaxın ərazidə yaşamaq
  • Vergi Məcəlləsi və əmək qanunvericiliyini bilmək
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı
  • MS Excel proqramında yüksək səviyyədə işləmək
  • e-gov, e-taxes, e-qaimə sistemləri ilə iş təcrübəsi
  • Analitik düşünmə, dəqiqlik və məsuliyyət
  • Konfidensiallıq qaydalarına riayət
  • Azərbaycan dili – sərbəst
  • Rus və/və ya ingilis dili biliyi üstünlükdür

Üstünlük hesab olunan bacarıqlar:

  • İstehsal maya dəyərinin hesablanması təcrübəsi
  • İdxal–ixrac və beynəlxalq əməliyyatlar üzrə bilik
  • Audit təcrübəsi və ya audit şirkətləri ilə iş
  • ACCA, CAP/CIPA sertifikatlarının olması

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar