Bakı,
Azərbaycan
14/01/2026
-
28/01/2026
İş haqqında məlumat
- Mühasibat uçotunun hesablar planına uyğun aparılması;
- Mühasibat əməliyyatlarının 1C 8.3 proqram təminatına işlənməsi, qalıqlara nəzarət və digər müvafiq işlərin aparılması;
- Yerli və xarici ödənişlərin həyata keçirilməsi;
- Hökümət və bank portalarında əməliyyatların aparılması;
- Debitor və kreditor qarşılıqlı hesablaşmaların düzgün aparılması və nəzarətin həyata keçirilməsi;
- Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
- Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
- Müqavilələrin hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının qaimə və vergi hesab fakturaların yazılmasına, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibinə nəzarət;
- Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;
İş barədə məlumat:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir)
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
Tələblər
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələrdə)
- Yüksək səviyyədə MS Office (xüsusilə Excell) bilikləri
- Rus dili biliyi üstünlük hesab edilən amil kimi nəzərə alınacaqdır
- 1C 8.3 və digər ERP sistemlərində iş təcrübəsi
- Sahə üzrə müvafiq sertifikatların olması (ACCA və PMS üstünlükdür)
- Mühasibatlıq və vergi uçotu sahəsində ən azı 2 il iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi arzu olunandır)
- Analitik düşüncə və maliyyə göstəricilərini şərh etmə bacarığı
- Detallara diqqət və yüksək məsuliyyət
- İşləri prioritetləşdirmək və çoxsaylı vəzifələri eyni anda idarə etmək qabiliyyəti
- Əla təşkilatçılıq və komanda daxilində əməkdaşlıq bacarığı
- Səlis və punktual korporativ yazışma bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.