Bakı,
Azərbaycan
19/01/2026
-
02/02/2026
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması,Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
- İnventarizasiyanın həyata keçirilməsi
- Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
- Mühasibatlığa aid bütün digər əməliyyatlar;
- Pul vəsaitlərinin uçotunun aparılması.
Əlavə məlumatlar:
- Əmək haqqı: 800-1200 AZN
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
Tələblər
- Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;
- Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Elektron hökümət portallarında işləmə bacarığı;
- Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.