Bakı,
Azərbaycan
06/02/2026
-
20/02/2026
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq, həmçinin xəzinə əməliyyatlarının icrası və sənədləşdirilməsi;
- Əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq olaraq üzləşmə aktlarının edilməsi;
- Əsas vəsaitlərin, mal-materialların hərəkətinin və uçotunun aparılması;
- Aylıq, rüblük və illik vergi və digər dövlət qurumlarına hesabatlarının və arayışların hazırlanması, təqdim edilməsi,bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması
- Vergi ödəyicisinin dövriyyəsinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi və optimal istifadənin təmin edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası
- Vergi və maliyyə uçotunun aparılması;
- Maliyyə hesabatları (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanmasında iştirak etmək;
Tələblər
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
- Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- PMS sertifikatı olmalıdır.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.